APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, baş nazir Arseni Yatsenyuk bildirib ki, bundan sonra Rusiya vətəndaşları Ukrayna ərazisinə yalnız xarici pasportla daxil ola bilər: “Biz daxili pasport və doğum haqqında şəhadətnamənin dövlət sərhədini keçmək üçün yetərli sayıldığı müddəanı aradan qaldırırıq”.
Diplomatik və xidməti pasporta malik olan Rusiya vətəndaşları isə əvvəlki qaydada Ukrayna sərhədini keçə biləcəklər.