Bank Of Baku

MDB dövlət başçıları Şurasının növbəti iclası Soçidə keçiriləcək

MDB dövlət başçıları Şurasının növbəti iclası Soçidə keçiriləcək
# 30 may 2017 14:34 (UTC +04:00)

MDB dövlət başçıları Şurasının növbəti iclası Rusiyada keçiriləcək.

 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu qurumun İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.  

 

S. Lebedevin sözlərinə görə, oktyabrın 11-də Soçidə keçiriləcək iclasda üzv ölkələr üçün böyük əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq. O bildirib ki, mayın 26-da Kazanda keçirilən MDB hökumət başçıları Şurasının iclası effektiv, konstruktiv olub və orada müsbət nəticələr əldə edilib.

 

S. Lebedev bildirib ki, bundan sonra da MDB-də iqtisadi və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirəcəyi ilə bağlı işlər davam etdiriləcək. O, qurumun müasir reallıqlara adaptasiya olunması prosesini kifayət qədər effektiv davam etdiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR