Bank Of Baku

Medvedev: "Rusiya hakimiyyəti neftin qiymətinin nə vaxtsa artacağını gözləməyəcək"

Medvedev: "Rusiya hakimiyyəti neftin qiymətinin nə vaxtsa artacağını gözləməyəcək"
# 14 yanvar 2015 12:36 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Rusiyanın hakimiyyət dairələri neftin qiymətinin nə vaxtsa artacağını gözləməyəcəklər. Buna görə də, enerji resurslarının aşağı qiymətləri ilə yaşamağı öyrənməliyik”.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Qaydar forumunda çıxışı zamanı Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev deyib.

 

“İqtisadiyyatımızın tələb və şərtləri prinsipcə dəyişir, buna görə də, gözləmək mümkün deyil”, - deyə baş nazir bildirib.

 

Onun sözlərinə görə, mövcud şərtlər daxilində xərcləri aşağı salmaq, layihələrin keyfiyyətini isə yüksəltmək lazımdır.

 

“Aydın məsələdir ki, rublun zəifləməsi və idxalın bahalaşması fonunda bunu etmək çətindir”, - deyə baş nazir bildirib.

 

D. Medvedev onu da qeyd edib ki, hökumətin büdcə siyasəti iki əsas məsələni həll etməyə kömək edəcək: müxtəlif sosial proqramların həyata keçirilməsi və milli iqtisadiyyatın dəstəklənməsini.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR