Bank Of Baku

Məhəmməd Cavad Zərif: “Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması əməkdaşlığın inkişafına yaxşı imkan yaradacaq”

Məhəmməd Cavad Zərif: “Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması əməkdaşlığın inkişafına yaxşı imkan yaradacaq”
# 27 yanvar 2015 10:53 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması İranla Ermənistan arasında əməkdaşlığın inkişaf etməsinə yaxşı imkan yaradacaq”. APA-nın məlumatına görə, bu sözləri Ermənistanda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif erməni həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, əməkdaşlığın İran-Ermənistan-Rusiya formatı da mövcuddur: “Bizim əməkdaşlıq edəcəyimiz bir çox sahələr mövcuddur. Biz qonşuyuq, ümumi maraqlara sahibik. Əməkdaşlıq üçün bütün imkanlardan istifadə etməliyik. Avrasiya İqtisadi İttifaqı da bunlardan biridir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR