Bakı-APA. Minskdə Ukrayna üzrə təmas qrupu işini bərpa edir.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Ukraynanın sabiq prezidenti Leonid Kuçma, qondarma Donetsk və Luqansk respublikalarının nümayəndələri və Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov iştirak edir.
Görüşə ATƏT sədrinin xüsusi nümayəndəsi Haydi Talyavininin də qatılacağı gözlənilir.