Bank Of Baku

Moskva regionundakı qasırğa zamanı ölənlərin sayı 14-ə çatıb

Moskva regionundakı qasırğa zamanı ölənlərin sayı 14-ə çatıb
# 30 may 2017 09:12 (UTC +04:00)

Rusiyanın Moskva şəhəri və Moskva vilayətində baş vermiş qasırğa zamanı ölənlərin sayı 14-ə çatıb.

 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib.

 

Bildirilir ki, paytaxtda 11 nəfər, vilayətdə isə 3 nəfər ölüb. Xəsarət alanların dəqiq sayı və dəyən maddi zərər dəqiqləşdirilir.

 

Qeyd edək ki, mayın 29-da səhər Moskvada leysan və qasırğa baş verib. Küləyin gücü saniyədə 16 metr təşkil edib. Hadisə nəticəsində minlərlə ağac yıxılıb, avtomobillər xəsarət alıb, ictimai nəqliyyatın hərəkəti iflic olub. 150-yə yaxın insan hospitala yerləşdirilib. 108 nəfər hələ də xəstəxanalardadır. Onların arasında 22 uşaq da var. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR