Bank Of Baku

Moskva regionunda qasırğa qurbanlarının sayı dəqiqləşdirilib

Moskva regionunda qasırğa qurbanlarının sayı dəqiqləşdirilib
# 30 may 2017 18:29 (UTC +04:00)

Moskva və Moskva vilayətində mayən 29-da baş vermiş qasırğa nəticəsində ölənlərin sayı 15 nəfər təşkil edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilir.  

 

“Dəqiqləşdirilmiş məlumata əsasən, təbii fəlakət nəticəsində, 10-u Moskvada və 5-i Moskva vilayətində olmaqla, ümumilikdə 15 nəfər ölüb,  200-dək insan xəsarət alıb. Ölənlər müxtəlif yaşdadır, onların arasında yetkinlik yaşına çatmamış şəxslər də var”, - deyə  məlumatda bildirilir.

 

Qasırğa zamanı Moskva sakinlərinin ölümünün səbəblərini və təfərrüatlarını müəyyənləşdirmək məqsədi ilə İstintaq Komitəsində qərargah yaradılıb.  

 

Bundan əvvəl 16 nəfərin öldüyü bildirilirdi.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR