Moskva. Fərid Əkbərov - APA. Bu gün səhər saatlarında Moskva vilayətində baş verən zəncirvari qəza nəticəsində 80-dək avtomobil toqquşub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qəza nəticəsində 4 nəfər xəsarət alıb.
Hazırda hadisə yerində xilasedicilər çalışırlar. Hadisəyə səbəb kimi havanın dumanlı olması və yolların buz bağlaması göstərilir.