Bank Of Baku

Moskva aeroportlarında 300-dən çox aviareys təxirə salınıb - YENİLƏNİB

Moskva aeroportlarında 300-dən çox aviareys təxirə salınıb - <span style="color: red;">YENİLƏNİB
# 01 iyul 2017 01:08 (UTC +04:00)

Şiddətli külək və leysan yağışı nəticəsində Rusiya paytaxtının hava limanlarında 300-dən çox aviareys təxirə salınıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən xəbərinə görə, yerli vaxtla saat 01:20 üçün "Domodedovo" aeroportunda 53, "Şeremetyevo"da 284, "Vnukovo"da isə 11 uçuş təxirə salınıb. "Şeremetyevo" hava limanında 35 uçuş ləğv edilib.

 

Sinoptiklər Moskvada qeyri-sabit hava şəraitinin iyulun 1-də davam edəcəyini bildiriblər. 

 

***

 

22:38

 

Şiddətli külək və leysan yağışı nəticəsində Rusiya paytaxtının hava limanlarında 120-yə yaxın aviareys təxirə salınıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən xəbərinə görə, "Domodedovo" aeroportunda 52, "Şeremetyevo"da 66, "Vnukovo"da isə 1 uçuş təxirə salınıb. "Domodedovo"da həmçinin 6 aviareys ləğv edilib.

 

Məlumata əsasən, Moskvada qeyri-sabit hava şəraiti iyulun 1-də davam edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR