Bank Of Baku

Moskva aeroportları və vağzalları bomba xəbərdarlığına görə boşaldılıb

Moskva aeroportları və vağzalları bomba xəbərdarlığına görə boşaldılıb
# 18 oktyabr 2017 15:43 (UTC +04:00)

Moskvada nəqliyyat və sosial infrastrukturlara bomba qoyulması barədə naməlum şəxsin zəngindən sonra kütləvi təxliyə aparılıb.

 

APA-nın məlumatına görə, hüquq-mühafizə orqanlarından bildirilib ki, insanlar Kursk, Pavelski və Yaroslavski vağzallarından, Domodedovo, Şeremetyevo hava limanlarından və Lenin adına kitabxanadan təxliyə olunublar. Ümumilikdə, kitabxanadan 100, üç vağzaldan isə 1500 nəfər təxliyə edilib.

 

Həmin obyektlərin yerləşdiyi ərazilərə əməliyyatçılar və kinoloqlar tərəfindən baxış keçirilib, məlumat təsdiqini tapmayıb.

 

Əməliyyat artıq başa çatıb, obyektlər fəaliyyətini bərpa edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR