Moskva şəhərinin mərkəzində atışma olub.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, İstintaq Komitəsinin Moskva üzrə idarəsinin rəhbərinin köməkçisi Yuliya İvanova məlumat verib.
Naməlum şəxslər 1979-cu il təvəllüdlü kişiyə 4 dəfə atəş açıblar. Nəticədə o, aldığı xəsarətdən yerindəcə ölüb.
Hüquq-mühafizə orqanlarından “Lenta.ru” saytına bildiriblər ki, qətlə yetirilən şəxs Ermənistan vətəndaşıdır. Qətlin sifarişli olduğu güman edilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.