Bank Of Baku

Moskvada terror aktı hazırlamaqda şübhəli bilinən 4 şəxs həbs edilib

Moskvada terror aktı hazırlamaqda şübhəli bilinən 4 şəxs həbs edilib
# 26 may 2017 19:05 (UTC +04:00)

Moskvada terror aktı hazırlamaqda şübhəli bilinən 4 şəxs məhkəmənin qərarı ilə  həbs edilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya Federal Təhlükəsizlik Xidməti məhkəməyə müraciət edərək mayın 25-də saxlanılan Məhəmmədyusif Aşurov, Furkat Kuşayev, Abduşükür Gülmirzəyev və Maqomed Davudovun həbsini tələb edib.

 

Bu gün məhkəmə qərarı ilə onlar barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, Rusiya və Mərkəzi Asiya vətəndaşlarından ibarət qruplaşmasının üzvləri Moskvanın nəqliyyat infrastrukturu obyektlərində terror aktları törətməyi planlaşdırıb. Bildirilir ki, onlara İŞİD-lə əlaqəli suriyalılar rəhbərlik edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR