Bank Of Baku

Moskvada VI Beynəlxalq Təhlükəsizlik konfransı keçirilir

Moskvada VI Beynəlxalq Təhlükəsizlik konfransı keçirilir
# 26 aprel 2017 10:57 (UTC +04:00)

Moskvada "Qlobal təhlükəsizlik: XXI əsrin çağırışları" VI Beynəlxalq Təhlükəsizlik konfransı keçirilir.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iki gün davam edəcək konfransda terrorla mübarizə, Avropa və Yaxın Şərqdə təhlükəsizlik problemi, Asiya-Sakit okean regionunda və Mərkəzi Asiyadakı vəziyyətlə bağlı məsələlər müzakirə olunacaq.

 

İnformasiya təhlükəsizliyi, eləcə də raket hücumundan müdafiə probleminə xüsusi diqqət yetiriləcək.

 

Forumda 86 ölkədən müdafiə nazirləri, ekspertlər, eləcə də BMT, ATƏT, Şanxay Əməkdaşlıq Təşkilatı, MDB, KTMT kimi beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.

 

Konfransın açılışına Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov və Federal Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Bortnikov qatılıblar.

 

N. Patruşev prezident Vladimir Putinin forum iştirakçılarına təbrik məktubunu oxuyub. Sonra S. Şoyqu, S. Lavrov və A. Bortnikov məruzə ilə çıxış ediblər. Onlar məruzələrində Rusiyanın əsas beynəlxalq təhlükəsizlik məsələlərlə bağlı mövqeyini açıqlayıblar.

 

VI Moskva Beynəlxalq Təhlükəsizlik konfransına Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti də qatılıb. Nümayəndə heyətinə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev rəhbərlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR