Bank Of Baku

Moskvanın cənubunda 3 nəfər qətlə yetirilib

Moskvanın cənubunda 3 nəfər qətlə yetirilib
# 10 yanvar 2015 14:02 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında 3 nəfər qətlə yetirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qətl hadisəsi ötən gecə paytaxtın cənubunda baş verib.

 

Kaşir şosesi, 54 ünvanında yerləşən mənzildə üzərində zorakılıq əlamətləri olan 3 meyit aşkar edilib.

 

Qətlə yetirilənlərdən ikisi kişi, biri qadındır. Onların bıçaqlanaraq öldürüldüyü bildirilir.

 

Hüquq-mühafizə orqanları cinayəti törədən şəxslərdən birinin qadın və kişini qısqanclıq zəminində öldürdüyünü, daha sonra isə intihar etdiyini istisna etmirlər.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR