Bank Of Baku

Lavrov: "Moskva ABŞ-ın İdlibdəki hadisənin beynəlxalq araşdırılmasını dəstəkləməyə hazır olduğunu gördü"

Lavrov: "Moskva ABŞ-ın İdlibdəki hadisənin beynəlxalq araşdırılmasını dəstəkləməyə hazır olduğunu gördü"
# 12 aprel 2017 20:17 (UTC +04:00)

"Moskva ABŞ-ın İdlibdəki hadisənin beynəlxalq araşdırılmasını dəstəkləməyə hazır olduğunu gördü".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Reks Tillersonla keçirdiyi birgə mətbuat konfransında bildirib.

 

“Biz beynəlxalq terrorçuluqla güzəştsiz mübarizədə ümumi məqsədimizi təsdiqlədik. Prezident Putin Rusiyanın Suriyanın hava məkanında insidentlərinin qarşısının alınması üçün Memoranduma yenidən qoşulmağa hazır olduğunu təsdiqlədi", deyə Sergey Lavrov qeyd edib.

 

Lavrov Moskvanın BMT Təhlükəsizlik Şurasına çıxarılan Suriya ilə bağlı qətnamənin qeyri-məhsuldar olduğunu da vurğulayıb.

 

Qeyd edək ki, bu Memorandum Rusiya tərəfindən ABŞ-ın Suriyaya raket zərbələri endirməsindən sonra dayandırılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR