Özbəkistanda Fransa səfirliyinin əməkdaşı ölüb.
APA-nın “RİA-Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə həftəsonu paytaxt Daşkənd yaxınlığındakı dağlarda baş verib.
Məlumata görə, səfilliyin regional əməliyyat təhlükəsizlik xidmətinin rəhbəri, mayor Fransis Deleq paraplanda uçarkən bədbəxt hadisə nəticəsində ölüb. Hazırda Daşkəndə olan hərbçinin meyitinin Fransaya aparılmasına dair danışıqlar aparılır. F. Deleqin başçılıq etdiyi xidmətin fəaliyyəti həmçinin qonşu Tacikistan və Türkmənistanı əhatə edirdi.