Bank Of Baku

Poroşenko, Merkel və Olland xarici qoşunların Donbassdan çıxarılmasını və Ukrayna-Rusiya sərhədinin bağlanmasını tələb ediblər - FOTO - VİDEO

Poroşenko, Merkel və Olland xarici qoşunların Donbassdan çıxarılmasını və Ukrayna-Rusiya sərhədinin bağlanmasını tələb ediblər - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 06 fevral 2015 07:03 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin üçtərəfli görüşün yekunları əsasında yaydığı rəsmi açıqlamada bildirilir.

 

Açıqlamada deyilir ki, tərəflər Donbassdakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyiblər və ümid etdiklərini bildiriblər ki, Rusiya da bunda maraqlı olacaq: “Poroşenko, Merkel və Olland münaqişənin həllinin bazasını təşkil edən Minsk razılaşmalarının yerinə yetirilməsi yollarını müzakirə edərək sonrakı addımlarla bağlı ümumi təkliflər işləyib hazırlayıblar. Ukrayna prezidenti Avropa liderlərindən Rusiyada həbsdə olan ukraynalı pilot Nadejda Savçenkonun azadlığa buraxılmasına yardımçı olmalarını xahiş edib”.   

 

Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Valeri Çalıy isə görüşdə tam yeni təkliflərin müzakirə olunduğunu bildirib. O, dəqiqləşdirib ki, söhbət Minsk razılaşmalarının implementasiyası (yerinə yetirilməsi) və inkişafından gedir: “Ümid edirik ki, Kremldə bizi eşidəcəklər. Danışıqların əsasını Putinin hansısa sənədi təşkil etməyib”.  

 

Qeyd edək ki, Kiyevdəki danışıqlardan sonra A. Merkel və F. Olland öz ölkələrinə dönüblər. Onlar bu gün Moskvaya uçaraq Vladimir Putinlə danışıqlar aparacaqlar.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR