Bank Of Baku

Poroşenko və Tillerson arasında telefon danışığı olub

Poroşenko və Tillerson arasında telefon danışığı olub
# 24 aprel 2017 02:10 (UTC +04:00)

Ukrayna prezidenti Petro Poroşenko və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

 

APA-nın Ukrayna prezidentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tərəflər Donbasda münaqişənin həlli üçün Minsk razılaşmasının yerinə yetirilməsinin vacibliyini vurğulayıblar.

 

Ukrayna prezidenti Donbas regionunda BMT-nin sülhməramlı kontingentinin yerləşdirilməsi məsələsini gündəmə gətirib. ABŞ dövlət katibi bildirib ki,  Minsk razılaşması tam yerinə yetirilməyincə Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq. Bundan başqa, o, Ukraynanı islahatları davam etdirməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR