Bank Of Baku

Putin: “İqtisadi böhranla mübarizə planı kağız üzərində qalmamalıdır”

Putin: “İqtisadi böhranla mübarizə planı kağız üzərində qalmamalıdır”
# 13 fevral 2015 15:14 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “İqtisadi böhranla mübarizə planı kağız üzərində qalmamalıdır”.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi müşavirədə deyib.


O, müşavirə iştirakçılarına hökumətin anti-böhran planının kağız üzərində qalmaması və qarşıya qoyulan məqsədlərə çatmaq üçün hansı tədbirlərin görülə biləciyini, hansı qərarların verilə biləcəyini müzakirə etməyi təklif edib.


Anti-böhran planı barədə danışan prezident hər zaman iqtisadiyyatın diversifikasiyası, əlverişli biznes iqliminin yaradılması, valyuta bazarında sabitlik və makroiqtisadi göstəricilərin uyğunlaşdırılması haqqında danışdıqlarını bildirib: “Bütün bunlar hamıya məlumdur. Lakin aydın deyil ki, konkret olaraq indiki zamanda nə etmək lazımdır ki, bütün bunlar həyata keçsin”.


Qeyd edək ki, müşavirədə baş nazir Dmitri Medvedev, baş nazirin I müavini İqor Şuvalov, prezidentin köməkçisi Andrey Belousov, maliyyı naziri Anton Siluanov, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, Mərkəzi Bankın sədri Elvira Nabiullina, Mərkəzi Bankın İdarə Heyərinin üzvü Sergey İqnatyev, “Sberbank”ın sədri German Qref və keçmiş maliyyə naziri Aleksey Kudrin iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR