Bank Of Baku

Putin: “Lavrov-Tramp danışıqlarının səs yazısını təqdim etməyə hazırıq"

Putin: “Lavrov-Tramp danışıqlarının səs yazısını təqdim etməyə hazırıq"
# 17 may 2017 14:10 (UTC +04:00)

”Əgər Vaşinqtonun belə bir arzusu olsa, Moskva ABŞ Senatına və Konqresinə Lavrovla Tramp arasındakı danışığın audioyazısını təqdim etməyə hazırdır”.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin İtaliya baş naziri Paolo Centiloni ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. 
 

Rusiya dövlət başçısı Lavrov-Tramp görüşünün nəticələrini yüksək qiymətləndirib.
 

Trampın Lavrova gizli kəşfiyyat məlumatları ötürməsi iddialarına gəldikdə isə Putin bildirib ki, ABŞ-da siyasi şizofreniya inkişaf edir: "Bu boş şeyləri çıxaranlar ya axmaqdırlar, ya da təhlükəlidirlər. Onlar xarici siyasi vəziyyəti gərginləşdirərək ABŞ-a ziyan vururlar".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR