Rusiya prezidenti Vladimir Putin strateji nüvə qüvvələrinin idarə edilməsi bağlı məşqdə iştirak edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, məşq zamanı Şimal və Sakit Okean donanmalarının nüvə sualtı qayıqlarının, Hərbi-Kosmik Qüvvələri aviasiyasının təlimləri keçirilib. Peskov qeyd edib ki, Putin 4 ballistik raketin buraxılışını həyata keçirib.