Bank Of Baku

Putin və Ərdoğan arasında telefon danışığı olub

Putin və Ərdoğan arasında telefon danışığı olub
# 12 aprel 2018 16:32 (UTC +04:00)

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəp Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
 

Məlumatda Rusiya və Türkiyə liderlərinin Suriyadakı vəziyyətin gərginləşməsini müzakirə etdiyi bildirilib. Qeyd olunub ki, hər iki tərəf Suriya münaqişəsinin nizamlanması prosesinin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi və Soçidə keçirilən Suriya Milli Dialoq Konqresinin qərarları əsasında aktivləşdirilməsinin tərəfdarıdır. Dövlət başçıları müxtəlif kanallarla ikitərəfli təmasların davam etdirilməsi barədə razılaşıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR