Bakı - APA. Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama ötən gün telefon danışığı zamanı Ukraynadakı münaqişənin siyasi yolla həllinin vacibliyini qeyd ediblər. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya və ABŞ prezidentləri Ukraynanın daxili problemlərinin dialoq yolu ilə siyasi həllinin, qan axıdılmasının tezliklə dayandırılmasının, Cənub-Şərq daxil olmaqla Ukraynanın bütün bölgələrinin sakinlərinin qanuni haqlarının və maraqlarının təmin edilməsinin vacibliyini qeyd ediblər”, - deyə məlumatda bildirilir.