Bank Of Baku

Qara dənizdə gəmi batıb, 6 nəfərin taleyi naməlumdur

Qara dənizdə gəmi batıb, 6 nəfərin taleyi naməlumdur
# 29 iyul 2017 09:15 (UTC +04:00)

Qara dənizdə qəzaya uğrayan ticarət gəmisinin 9 ekipaj üzvündən 3-ü xilas edilib, 6 nəfərin taleyi barədə məlumat yoxdur.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, dənizçilərin axtarışı üçün 3 gəmi cəlb olunub.

 

“Qara dəniz akvatoriyasında, Alupka yaşayış məntəqəsindən 40 km cənub istiqamətində 24 min ton buğda daşıyan “Anda” gəmisi aşıb. Gəmidə 9 nəfərdən ibarət ekipaj olub. Onlar Suriya və Hindistan vətəndaşlarıdır. Onlardan 3-ü xilas edilib, digər 6 nəfərin taleyindən hələlik xəbər yoxdur”, - deyə məlumatda bildirilir. .

 

 

Hazırda Qara dənizdə güclü külək və hündür dalğaların müşahidə olunduğu bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR