Bank Of Baku

Qazaxıstan və Rusiya prezidentləri Ukrayna məsələsini müzakirə edəcəklər

Qazaxıstan və Rusiya prezidentləri Ukrayna məsələsini müzakirə edəcəklər
# 22 dekabr 2014 14:58 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

 

O bildirib ki, prezidentlər həmçinin XXI əsrdə əməkdaşlıq və mehriban qonşuluq haqqında sazişin ratifikasiyası sənədlərini bir-birinə təqdim edəcəklər.

 

“Görüş zamanı aktual beynəlxalq problemlər, o cümlədən Ukraynadakı vəziyyət müzakirə olunacaq. Bu, məntiqə uyğundur, çünki cənab Nazarbayev Kiyevdən yeni qayıdıb. Həm də ona görə ki, bu gün axşam Vladimir Putinin Fransa, Almaniya və Ukrayna prezidentləri ilə telefon söhbətləri olacaq”, – deyə Y. Uşakov qeyd edib.

 

Rusiya və Qazaxıstan prezidentləri həmçinin Avrasiya İqtisadi Birliyi ilə bağlı məsələləri müzakirə edəcəklər.

 

Xatırladaq ki, N. Nazarbayev Kiyevdə səfər olarkən Ukrayna və Qazaxıstan arasında hərbi-texniki əməkdaşlığın bərpası, eləcə də Ukraynaya energetik kömür satışı ilə bağlı əməkdaşlıq sazişləri imzalanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR