Bakı - APA. Moskvada Qərb ölkələrindən birinə casusluq etməklə dövlətə xəyanətdə təqsirləndirilən Rusiya vətəndaşı həbs olunub.
APA-nın “İnterfax”a istinadən xəbərinə görə, Gennadi Kravtsov adlı vətəndaşı 20 ilədək həbs cəzası gözləyir.
Bildirilir ki, G.Kravtsov ötən il həbs olunub: “O, məxfi məlumatları Qərbə ötürməkdə ittiham olunur”. Lakin Rusiya vətəndaşının konkret hansı ölkəyə casusluq etməsi barədə məlumat verilmir.
Moskvanın Lefortovo məhkəməsindən bildirilib ki, G.Kravtsov barədə həbs-qətimkan tədbiri yanvarın 21-də seçilib.