Bank Of Baku

Qırğızıstanda yanacaqdoldurma məntəqəsində partlayış baş verib, ölən və yaralananlar var

Qırğızıstanda yanacaqdoldurma məntəqəsində partlayış baş verib, ölən və yaralananlar var
# 20 iyun 2017 05:21 (UTC +04:00)

Qırğızıstanın İssık-Kul vilayətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində biri uşaq olmaqla 2 nəfər yanaraq ölüb, 8 nəfər yaralanıb.

 

APA-nın xəbərinə görə, bu barədə Qırğızıstan Səhiyyə nazirliyinin məlumatında bildirilir.

 

Hadisə İssık-Kul vilayətinin Ananyevo kəndində qeydə alınıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən  5 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir. İlkin məlumata görə, partlayış yeraltı çənə qaz vurulan zaman baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR