Bank Of Baku

Rusiya Dövlət Dumasında ABŞ sanksiyalarına cavab olaraq qanun layihəsi hazırlanıb

Rusiya Dövlət Dumasında ABŞ sanksiyalarına cavab olaraq qanun layihəsi hazırlanıb
# 13 aprel 2018 10:03 (UTC +04:00)

Rusiya Dövlət Dumasında ABŞ sanksiyalarına cavab olaraq qanun layihəsi təqdim olunub.

 

APA-nın “lenta.ru”-ya istinadən verdiyi məlumata görə, sənədi spiker Vyaçeslav Volodin və 4 parlament fraksiyasının liderləri hazırlayıb.

 

V. Volodin açıqlamasında bildirib ki, qanun layihəsi ABŞ və onun vəzifəli şəxsləri tərəfindən Rusiya Federasiyası, onun vətəndaşları, hüquqi şəxslərinə qarşı sanksiya, qeyri-konstruktiv fəaliyyətlər, düşməncəsinə ifadələrə cavab olaraq işlənib hazırlanıb.

 

Qanun layihəsi hələlik qanunverici orqanın elektron bazasında qeydiyyatdan keçməyib.

 

İlkin müzakirələrin aprelin 16-da keçiriləcəyi gözlənilir.

 

Qeyd edək ki, aprelin 6-da ABŞ Maliyyə Nazirliyi rusiyalı top-menecerlərin, biznesmenlərin və məmurların olduğu yeni sanksiya siyahısını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR