Bank Of Baku

Rusiya Dövlət Dumasının sədri: “ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atmasına hüquqi qiymət verilməlidir”

Rusiya Dövlət Dumasının sədri: “ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atmasına hüquqi qiymət verilməlidir”
# 25 dekabr 2014 11:49 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Rusiya Dövlət Dumasının sədri 1945-ci ildə ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atmasına hüquqi qiymət verilməsini təklif edib.

 

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, S. Narışkin  bu məsələnin müzakirə olunmasının vacibliyini qeyd edib.

 

“Düşünürəm ki,  biz bu məsələni beynəlxalq hüquq çərçivəsində müzakirə etməliyik. İnsanlığa qarşı cinayətlərin heç bir statusu yoxdur. İki şəhərin bombardman edilməsi üçün göstərilən səbəblərin izahı qəbuledilməzdir. Bu bombardman yüz minlərlə günahsız insanın həyatına son qoyub”, - deyə o vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR