Bank Of Baku

Rusiyada kişi həyat yoldaşını və uşaqlarını öldürüb, sonra isə intihar edib

Rusiyada kişi həyat yoldaşını və uşaqlarını öldürüb, sonra isə intihar edib
# 28 aprel 2017 15:58 (UTC +04:00)

Rusiyanın Stavropol şəhərinin sakini öz həyat yoldaşını və iki uşağını qətlə yetirərək intihar edib. 

 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin regional İstintaq İdarəsi məlumat yayıb.

 

Məlumata əsasən, qətldə şübhəli bilinən şəxsin əlində bıçaq aşkarlanıb: “Qətlə yetirilən ana və 2 uşağın bədən xəsarətləri oxşardır. Evə zorla daxil olma müəyyən edilməyib. Evin giriş qapısı içəridən bağlı olub. Evdəki əşyaların yerlərində də dəyişiklik olmayıb”.

 

Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR