Bank Of Baku

Rusiya Ermənistandakı bazasına yeni pilotsuz uçuş aparatları göndərib

Rusiya Ermənistandakı bazasına yeni pilotsuz uçuş aparatları göndərib
# 30 dekabr 2014 08:27 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Rusiya Ermənistandakı 102-ci hərbi bazasının silahlanmasına yeni pilotsuz uçuş aparatları (PUA) daxil edib. APA-nın Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bazaya silahlanmasına «Leer», «Qranat» və «Zastava» PUA kompleksləri göndərilib. Buna qədər 102-ci bazanın kəşfiyyat bölmələrinin istifadəsində «Navodçik-2» PUA-lar yer alıb.

 

Yeni PUA-lar Kamxud və Alagöz yüksək dağ tədris təlim mərkəzlərində 1600-2200 metr yüksəkliklərdə mənfi 5, mənfi 30 dərəcə temperaturda sınaqdan keçiriləcək. Rusiya Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, yeni PUA-ları 3500 metrdən artıq yüksəklikdə, gündüz və gecə vaxtı kəşfiyyat uçuşları həyata keçirməyi bacarır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR