Bank Of Baku

Rusiyada hərbi hissədə xidmət yoldaşlarını güllələyən əsgər öldürülüb - YENİLƏNİB-1

Rusiyada hərbi hissədə xidmət yoldaşlarını güllələyən əsgər öldürülüb  - <span style="color: red;">YENİLƏNİB-1
# 30 sentyabr 2017 01:07 (UTC +04:00)

Rusiyanın Amur vilayətində hərbi hissədə atəş açaraq 3 nəfəri öldürən, 2-ni isə yaralayan əsgər saxlanılarkən silahlı müqavimət göstərib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, cavab atəşi ilə Dağıstan sakini, 23 yaşlı Həsən Əbdüləhədov öldürülüb.

 

Ötən gün Rusiyanın Beloqorsk şəhərində (Amur vilayəti) 2017-ci ilin sentyabrından həqiqi hərbi xidmətdə olan H. Əbdüləhədov hərbi hissədə təlim zamanı xidmət yoldaşlarına odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. İnsident nəticəsində 1 zabit və 2 əsgər ölüb, daha 2 əsgər yaralanıb.

 

Faktla bağlı Rusiya İstintaq Komitəsində araşdırma aparılır. 

 

***

 

20:27

 

Rusiyanın Amur vilayətində hərbi hissədə atəş açaraq 1 zabit və 2 əsgəri güllələyərək öldürənin şəxsiyyəti müəyyənləşdirilib.

 

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bu, Dağıstan Respublikasının sakini, 1994-cü il təvəllüdlü Həsən Əbdüləhədovdur.

 

Onun 2017-ci ilin sentyabrından hərbi xidmətdə olduğu bildirilir. H. Əbdüləhədov hərbi hissədə keçirilən təlim zamanı odlu silahdan atəş açaraq 1 zabit və 2 əsgəri güllələyərək öldürüb, daha 2 hərbçini yaralayaraq hadisə yerindən qaçıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

 

***

 

19:37

 

Rusiyanın Amur vilayətində yerləşən hərbi hissələrin birində atışma olub.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, əsgərlərdən biri digərinə atəş açıb.

 

Nəticədə 3 nəfər yerindəcə ölüb, 2 nəfər isə yaralanıb. Ölənlərdən biri zabit, ikisi əsgər olub.

 

Atəş açan əsgər hadisə yerindən qaçıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR