Bank Of Baku

Rusiya gəmiləri İŞİD mövqelərinə raket zərbələri endirib

Rusiya gəmiləri İŞİD mövqelərinə raket zərbələri endirib
# 23 iyun 2017 08:26 (UTC +04:00)

Rusiya hərbi-dəniz donanmasının gəmiləri İŞİD terror təşkilatının Suriyadakı mövqelərinə raket zərbələri endiriblər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Aralıq dənizinin şərq hissəsindən “Admiral Essen”, “Admiral Qriqoroviç” freqatları və “Krasnodar” sualtı qayığı vasitəsilə İŞİD-in mövqelərinə 6 ədəd “Kalibr” qanadlı raketi buraxılıb. Nəticədə Hama əyalətində İŞİD-in idarəetmə məntəqələri və silah anbarlarının məhv edilib.

 

Türkiyə və İsrail komandanlıqları raket zərbələri barədə qabaqcadan məlumatlandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR