Bank Of Baku

Rusiya Hindistana 200 helikopter satacaq

Rusiya Hindistana 200 helikopter satacaq
# 28 aprel 2017 02:07 (UTC +04:00)

Rusiya Hindistana 200 “Ka-226” tipli helikopter satacaq, onlardan 160-ı lisenziya əsasında Hindistanda istehsal ediləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezov prezident Vladimir Putinlə görüşündə bildirib. Onun sözlərinə görə, müvafiq saziş iki ölkə arasında 2016-cı ildə imzalanıb.

 

Putin layihənin dəyəri ilə maraqlanıb. “Bir milyard dollardan çox. Qırx helikopter hazır olandan sonra tədarük ediləcək. Daha 160 helikopter lisenziya əsasında Hindistan ərazisində istehsal ediləcək”, - deyə “Rostex” rəhbəri  bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR