Bank Of Baku

Rusiya maliyyə naziri: “Rublun zəifləməsi dövrü başa çatıb”

Rusiya maliyyə naziri: “Rublun zəifləməsi dövrü başa çatıb”
# 25 dekabr 2014 09:42 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Rublun zəifləməsi dövrü artıq başa çatıb. İndi onun möhkəmlənməsi tendensiyası müşahidə olunur”.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya maliyyə naziri Anton Siluanov Federasiya Şurasında çıxışı zamanı bildirib.

 

O qeyd edib ki, 1998-ci il defoltundan bəri rublun kursunda ən böyük enmə ötən həftə müşahidə olunub. Dolların məzənnəsinin dekabrın 23-də 80,1 rubla, avronun isə 100,74 rubla çatdığını deyən nazir artıq bu prosesin başa çatdığını qeyd edib: “Fikrimizcə, artıq rubl möhkəmlənməkdədir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR