Bank Of Baku

Rusiya nümayəndəsi: “Astana danışıqlarında heç bir sənəd imzalanmayıb”

Rusiya nümayəndəsi: “Astana danışıqlarında heç bir sənəd imzalanmayıb”
# 05 iyul 2017 16:30 (UTC +04:00)

Astanada Suriya münaqişəsinin həlli ilə bağlı keçirilən görüşlərin beşinci raundunda heç bir sənəd imzalanmayıb.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin Suriya münaqişəsi ilə bağlı xüsusi nümayəndəsi, Astana danışıqlarındakı Rusiya nümayəndə heyətinin rəhbəri Aleksandr Lavrentiyev bildirib.
 
Qeyd edək ki, Astanadakı danışıqların iştirakçıları Suriyada iki təhlükəsiz zonanın yaradılması ilə bağlı sənədlərin qəbuluna ümid edirdilər. Lakin danışıqlarda iştirak edən mənbənin bildirdiyinə görə, bu məsələ danışıqların növbəti raunduna keçirilib. Suriya nümayəndə heyətinin rəhbəri Bəşər əl-Cəfəri təhlükəsiz zonasının yaradılması ilə bağlı sənədin qəbul olunmamasına görə Türkiyəni günahlandırıb.

 

Türkiyə, Rusiya və İranın vasitəçiliyi ilə keçirilən Suriya münaqişəsi ilə bağlı Astana danışıqlarının növbəti raundu avqustun son həftəsində keçiriləcək.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR