Moskva. Fərid Əkbərov - APA. “Avrasiya İqtisadi İttifaqının ilk sədri Belarus ola bilər”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, Ali Avrasiya İqtisadi Şurasının iclasında quruma sədr ölkə seçiləcək və bir sıra sənədlər imzalanacaq: "Təşkilatın sədrin rus əlifbasındakı hərflərin düzülüşünə görə müəyyən olunacaq. Ona görə də birinci Belarus olmalıdır".