Bank Of Baku

Rusiya strateji bombardmançıları İŞİD mövqelərinə zərbə endirib

Rusiya strateji bombardmançıları İŞİD mövqelərinə zərbə endirib
# 05 iyul 2017 16:04 (UTC +04:00)

Rusiyanın strateji bombardmançıları “Tu-95MS” təyyarələri Suriyada terrorçuların komanda məntəqəsinə zərbələr endirib.

 

Rusiya Müdafiə Nazirliyindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, yeni nəsil X-101 qanadlı raketlərlə terrorçuların Suriyanın Hama və Homs əyalətlərindəki obyektləri vurulub. Nəticədə terrorçuların 3 böyük silah-sursat anbarı, eləcə də Akerbat şəhərindəki komanda məntəqəsi məhv edilib. 
 
Yeni nəsil yüksək dəqiqlikli X-101 raketləri ilə zərbələr 1000 km məsafədən gerçəkləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR