Bakı – APA. Dekabrın 22-də Moskvada Rusiya və Qazaxıstanın prezidentləri Vladimir Putin və Nursultan Nazarbayev XXI-ci əsrdə iki ölkə arasında mehriban qonşuluq və müttəfiqlik haqqında Müqaviləni ratifikasiya ediblər.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, sənəd Kremldə prezidentlərin görüşündən sonra imzalanıb.
Məlum olduğu kimi, Moskvaya səfərindən əvvəl Qazaxıstanın prezidenti Kiyevdə olub, Ukraynanın prezidenti və baş naziri ilə görüşlər keçirib. Putin ilə söhbət zamanı N.Nazarbayev Ukraynanın paytaxtındakı görüşlərdən bəhs edib, həmçinin, Rusiya və Qazaxıstan arasında ikitərəfli münasibətlər və inteqrasiya prosesləri müzakirə olunub.