Bank Of Baku

Rusiya XİN: Kiyevin Rusiya vətəndaşlarının Ukrayna ərazisinə yalnız xarici pasportla buraxılacağı barədə qərarından təəssüflənirik

Rusiya XİN: Kiyevin Rusiya vətəndaşlarının Ukrayna ərazisinə yalnız xarici pasportla buraxılacağı barədə qərarından təəssüflənirik
# 04 fevral 2015 09:31 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Kiyevin Rusiya vətəndaşlarının Ukrayna ərazisinə yalnız xarici pasportla buraxılacağı barədə qərarından təəssüflənirik. Bu qərar iki ölkə vətəndaşları arasındakı əlaqələri kifayət qədər çətinləşdirəcək”.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

Bəyanatda qeyd olunur ki, hələlik Rusiya tərəfi Ukraynadan qarşılıqlı səfərlər zamanı xarici pasportların tətbiqinə dair rəsmi bildiriş almayıb: “Rusiya humanitar nöqteyi-nəzərdən Ukrayna ilə mövcud sərhəd rejiminin saxlanılmasını vacib hesab edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR