Bank Of Baku

Rusiyada hərbi hissədə xidmət yoldaşlarını güllələyən şəxs öldürülüb

Rusiyada hərbi hissədə xidmət yoldaşlarını güllələyən şəxs öldürülüb
# 30 sentyabr 2017 01:11 (UTC +04:00)

Rusiyanın Amur vilayətində hərbi hissədə atəş açaraq 3 nəfəri öldürən, 2-ni isə yaralayan şəxs saxlanılarkən silahlı müqavimət göstərib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, cavab atəşi ilə Dağıstan sakini, 23 yaşlı Həsən Əbdüləhədov öldürülüb.

 

Ötən gün Rusiyanın Beloqorsk şəhərində (Amur vilayəti) 2017-ci ilin sentyabrından həqiqi hərbi xidmətdə olan H. Əbdüləhədov hərbi hissədə xidmət yoldaşlarına odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. İnsident nəticəsində 1 zabit və 2 əsgər ölüb, daha 2 əsgər yaralanıb.

 

Faktla bağlı Rusiya İstintaq Komitəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR