Bank Of Baku

Rusiyada kişi və üç azyaşlı oğlu yanğında ölüb

Rusiyada kişi və üç azyaşlı oğlu yanğında ölüb
# 29 may 2017 07:41 (UTC +04:00)

Rusiyanın Tümen vilayətində bir kişi və üç uşaq yanğının qurbanı olub.

 

APA-nın RİA "Novosti" agentliyinə istindən verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyi regional Baş İdarəsindən bildirilib ki, hadisə mayın 29-na keçən gecə baş verib.

 

Fərdi evdə baş vermiş yanğının söndürülməsinə 23 yanğınsöndürən, 11 maşın cəlb edilib.

 

Yanğınsöndürənlər bir qadını xilas edərək təcili yardıma çatdırıblar.

 

1984-cü il təvəllüdlü ailə başçısı, 2014-cü il təvəllüdlü bir, 2016-cı il təvəllüdlü iki oğlu isə yanğında ölüb.  

 

Yanğının başvermə səbəbləri sırasında əsasən siqaret çəkən zaman ehtiyatsızlıq və elektrik  avadanlıqlarının nasazlığı versiyaları üzərində işlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR