Bank Of Baku

Rusiyada sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Rusiyada sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı artıb - <span style="color: red;">YENİLƏNİB
# 11 iyun 2017 23:39 (UTC +04:00)

Rusiyanın Zabaykalye diyarında sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 3-ü uşaq olmaqla, 40-a yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Hadisə ötən axşam “Baykal” federal avtomobil magistralının Petrovsk-Zabaykalye rayonundan keçən hissəsində qeydə alınıb. İçərisində 50-dən çox sərnişinin olduğu avtobus qəflətən idarəetməni itirərək yolun kənarındakı xəndəyə aşıb. Qəzanın səbəbləri müəyyənləşdirilir.

 

***

 

21:49

 

Rusiyanın Zabaykalye diyarında ağır yol qəzası baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

 

İlkin məlumata əsasən, qəza zamanı avtobusda 51 nəfər olub. Hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR