Rusiyanın Saratov vilayətində şir 15 yaşlı məktəbli oğlana hücum edib.
APA-nın RİA "Novosti”-yə istinadən verdiyi məlumata görə, yeniyetmə xəstəxanaya yerləşdirilib.
Hadisə ötən gün axşam Engels şəhərində baş verib.
Zərərçəkmişin bildirdiyinə görə, onu 25 yaşlı qadının sahibi olduğu şir dişləyib. Həkimlər yeniyetmənin vəziyyətini qənaətbəxş qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.