Bank Of Baku

Rusiyada turist avtobusu yük maşınına çırpılıb, 6 nəfər ölüb, 20 nəfər xəsarət alıb

Rusiyada turist avtobusu yük maşınına çırpılıb, 6 nəfər ölüb, 20 nəfər xəsarət alıb
# 26 sentyabr 2017 03:48 (UTC +04:00)

Rusiyanın Krasnodar diyarında ağır yol qəzası baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, M-4 “Don” avtomagistralında turist avtobusu idarəetmədən çıxaraq yol kənarında dayanan yük maşınına çırpılıb.

 

Nəticədə 6 nəfər hadisə yerində ölüb, 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri barədə məlumat verilmir. 

 

Avtobusun Adler kurortundan Nijni Novqorod şəhərinə yollandığı məlum olub. Qəzanın səbəbləri müəyyənləşdirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR