Bank Of Baku

Rusiyada vertolyot qəzasında 2 nəfər ölüb - YENİLƏNİB

Rusiyada vertolyot qəzasında 2 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 07 avqust 2016 17:48 (UTC +04:00)

Bakı-APA. Rusiyada vertolyotun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Krasnodarın vilayətinin Beloreçensk rayonunda baş verən qəza nəticəsində ölənlərdən biri pilotdur.

 

Həyatını itirən digər şəxsin heyət üzvü, yoxsa sərnişin olub-olmadığı dəqiqləşdirilir. İkin məlumata görə, “Mi-2” vertolyotu kənd təsərrüfatı sahələrinə dərman səpilməsi ilə məşğul olub.

 

***

 

17.59

 

Bakı-APA. Rusiyanın Krasnodar vilayətinin Beloreçensk rayonunda vertolyot qəzaya uğrayıb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hazırda Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadimsə yerindədir.

 

Vertolyotun hansı quruma məxsus olması, tələfatın olub-olmaması barədə məlumat verilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR