Rusiyanın Perm vilayətində yaşayış evində baş verən yanğın nəticəsində 4 nəfər ölüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbər görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə baş idarəsi məlumat yayıb.
Ölənlərdən ikisinin uşaq olduğu bildirilir. Yanğın gecə saatlarında 56 kvadratmetr ərazidə baş verib. Yanğını səhərə yaxın söndürmək mümkün olub.
Faktla bağlı araşdırma aparılır.