Rusiyanın Tuva respublikasında 4,1 bal gücündə zəlzələ baş verib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Kızıl şəhərindən 87 km aralıda yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.