Bank Of Baku

Rusiyanın AŞPA-dakı nümayəndə heyəti bütün il boyu qurumun işini boykot etdiyini açıqlayıb

Rusiyanın AŞPA-dakı nümayəndə heyəti bütün il boyu qurumun işini boykot etdiyini açıqlayıb
# 28 yanvar 2015 20:39 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. “Rusiya nümayəndə heyəti 2015-ci il boyu AŞ PA-nı boykot edir”.

 

APA-nın Avropa bürosunun xəbərinə görə, bunu Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Vladimir Puşkov deyib.

 

O bildirib ki, rusiyalı parlamentarlar üçün səs hüququnun aprel və ya iyuna qədər dondurulması arasında heç bir fərq yoxdu: “Biz bütünlükdə 2015-ci il boyu AŞPA-nın işini boykot edirik”.

 

V. Puşkov saxlanılmış ukraynalı deputat Nadia Savçenkonun dərhal azad edilməsi ilə bağlı AŞPA-nın çağırışının da heç bir əsası olmadığını deyib: “Çünki AŞPA Rusiya ilə dialoqdan imtina etdi. Bizimlə əməkdaşlıq etməyən qurumun çağırışı heç bir əhəmiyyət kəsb etmir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR