Rusiyanın Birinci kanalının müxbiri Anna Kurbatova Ukraynadan ölkəsinə deportasiya edilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qitlyanskaya “Feysbuk” səhifəsində yazıb.
“Anna Kurbatova Ukrayna-Rusiya sərhədini keçib. Ona 3 il müddətinə Ukrayna ərazisinə daxil olmağa qadağa qoyulub”, - deyə Yelena Qitlyanskaya qeyd edib.
***
17:27
Rusiyanın Birinci kanalının müxbiri Anna Kurbatova Ukraynadan ölkəsinə deportasiya ediləcək.
APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qitlyanskaya feysbuk səhifəsində yazıb.
O bildirib ki, hazırda deportasiya üçün zəruri sənədləşmə işləri aparılır.
Y. Qitlyanskaya deyib ki, rusiyalı təbliğatçı zorla ölkəsinə qaytarılacaq, Ukraynanı rüsvay etməyə çalışan hər kəsin sonu belə olacaq.
Qeyd edək ki, Rusiyanın Birinci televiziya kanalının müxbiri Anna Kurbatovanın Kiyevdə oğurlanması haqqında məlumat yayılmışdı.
***
16.04
Rusiyanın Birinci televiziya kanalının müxbiri Anna Kurbatova Kiyevdə oğurlanıb.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə kanalın mətbuat xidmətindən RİA "Novosti"yə bildirilib.
Hadisə barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, Anna Kurbatovanın adı Ukraynanın məşhur "Mirotvorets" saytının məlumat bazasında da olub.
Saytın müəllifləri jurnalisti informasiya manipulyasiyasında və Ukraynanın Müstəqillik günü münasibətilə keçirilən parad barədə qərəzli süjet hazırlamaqda ittiham ediblər.